Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Yeniliklər

Pasportunuz hər zaman üzərinizdə olsun

18.05.2020

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin  məhdudiyyətlərinin bir qisminin 27 aprel 2020-ci il tarixindən yumşaldılması nəzərdə tutulur.
Vətəndaşlar 27 aprel tarixindən etibarən pasport və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı Asan Xidmət mərkəzlərinə müraciət edə bilər. Qeyd edək ki, "ASAN xidmət" mərkəzlərində vətəndaş qəbulu yalnız “Asan Xidmət” mobil tətbiqi, www.asan.gov.az internet saytı və 108 Çağrı Mərkəzi vasitəsilə öncədən onlayn növbə tutmaqla təmin ediləcək.

Növbə tutmaq üçün "ASAN xidmət" mobil təbiqi "IOS" və "Android" əməliyyat sistemlərindən yüklənilir. Eyni zamanda www.asan.gov.az saytındakı "Onlayn növbə" funksional bölməsi vasitəsi ilə və 108 Çağrı Mərkəzinə zəng etməklə növbə götürülə bilər.

Mobil tətbiqə dair videotəlimat: https://youtu.be/7Ds8ApBV8Tc   

Əvvəlcədən növbə əldə etməmiş vətəndaşların mərkəzlərdə qəbulu həyata keçirilməyəcək.
“ASAN xidmət” mərkəzləri  karantin rejimindən öncəki qaydada fəaliyyət göstərəcək.
Vətəndaşları qəbul edəcək mərkəzlər  insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib. Eyni zamanda hər kəsi mərkəzlərdə  şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə,  digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırılır.
Vaxtın düzgün idarə olunması üçün “ASAN xidmət” mərkəzlərindən yararlanmaq istəyən vətəndaşlar yaşayış yerini tərk etmək istədikdə öncə onlayn növbə götürsünlər və sonra SMS müraciət sistemindən yararlansınlar.

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol