Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Rəhbərlik

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Şirinov Nüsrət Kamran oğlu

1964-cü ildə Şuşa şəhərində anadan olub. 1982-1984-cü illərdə həqiqi hərbi xidmət keçmiş, 1990-cı ildə N.A.Voznesensk adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu, 1999-cu ildə DİN-in Polis Akademiyasının hüquq fakültəsini bitirmişdir.

1993-cü ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və 2004-cü ilədək Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində, Daxili İşlər Nazirliyinin pasport, katiblik, təhlükəsizliyin təmin edilməsi, iqtisadi sahədə cinayətkarlıqla mübarizə, nazirin baş köməkçisi xidmətlərində müxtəlif vəzifələrdə, 2004-2011-ci illərdə Nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini, 2011-2016-cı illərdə Nazirliyin Katibliyinin rəisi vəzifələrində xidmət etmişdir.

2016-cı ilin noyabr ayının 25-də DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 1610 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 29 iyun tarixli 2280 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmiş, DİN-in “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli, “Azərbaycan Polisinin 95 illiyi”, “Azərbaycan Polisinin 100 illiyi” yubiley medallarına və digər mükafatlara layiq görülmüşdür.

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol