Baş pasport, qeydiyyat və miqrasiya idarəsi

Xəbərlərin arxivi
Yeniliklər

Mayın 19-da baş vermiş yanğın nəticəsində şəxsiyyət vəsiqələri məhv olmuş 25 nəfərə vəsiqə verilib.

25.05.2015


Ölkə Prezidentinin tapşırığına əsasən, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin və Binəqədi rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları tərəfindən cari il mayın 19-da baş vermiş yanğın nəticəsində şəxsiyyəti təsdiq edən sənədləri məhv olmuş vətəndaşlara yeni vəsiqələrin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Səyyar xidmət zamanı müraciət etmiş 25 nəfər şəxsiyyət vəsiqələri ilə təmin olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.





Çap et  Çap et