Baş pasport, qeydiyyat və miqrasiya idarəsi

Xəbərlərin arxivi
Yeniliklər

Təyyarə qəzasında yaralananlara Səyyar ASAN xidmət göstərilib

28.12.2024

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sənədləri korlanmış yaralı sərnişinlərə səyyar ASAN xidmət göstərilib.

Bu məqsədlə Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarından ibarət birgə operativ səyyar qrup formalaşdırılıb.

“Yeni Klinika” tibb müəssisəsində müalicə alan yaralılara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.

Faciə nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.

 





Çap et  Çap et