Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi
31.10.2024Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış şəxsin özü, həmçinin əmlakın mülkiyyətçisinin müraciəti əsasında həyata keçirilir.
Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd.
Qeyd edək ki, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış alarkən dövlət rüsumu tələb olunmur və arayış dərhal təqdim olunur.