Baş pasport, qeydiyyat və miqrasiya idarəsi

Xəbərlərin arxivi
Yeniliklər

BPQMİ və BDYPİ-nin əməkdaşları Əfqanıstan nümayəndə heyəti ilə görüşüb

25.10.2018

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri ilə Əfqanıstan nümayəndə heyəti arasında görüş keçirilib. BPQMİ-nin inzibati binasında baş tutan görüşdə Əfqanıstan Daxili İşlər Nazirliyinin Pasport İdarəsinin, Yol Polisi İdarəsinin və "ASAN Khedmat” mərkəzinin nümayəndələri iştirak edib.

Tərəflər arasında şəxisyyət vəsiqələrinin, ümumvətəndaş pasportların və sürücülük vəsiqələrinin verilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Həmçinin innovasiyalar və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

         





Çap et  Çap et