Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Yeniliklər

Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşların nəzərinə!

30.06.2021

2021-ci ilin 1 iyul tarixindən etibarən Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi (dəyişdirilməsi) üçün Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində (ünvan: Bakı şəhəri R.Behbudov küçəsi 130) bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü isə saat 13:00-dək səyyar xidmət göstəriləcəkdir.

Bunun üçün DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə 012-590-64-31 və 012-590-64-43 saylı telefon nömrələrinə hər gün saat 09:00-dan 18:00-dək zəng edərək əvvəlcədən qeydiyyatdan keçməklə razılaşdırılmış vaxtda qəbul üçün xüsusi nömrə əldə edilməlidir.

Xüsusi nömrələrə əsasən vətəndaşların qəbulu növbəli qaydada qüvvədə olan xüsusi karantin rejimi tələbləri rəhbər tutulmaqla həyata keçiriləcəkdir (sosial məsafə gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi tələb olunmaqla).

 

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol