Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Yeniliklər

Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşların nəzərinə!

08.01.2021

2021-ci ilin 7 yanvar tarixindən etibarən Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində (Ünvan: Bakı şəhəri, R.Behbudov küçəsi 130) səyyar xidmət göstəriləcəkdir.

Bunun üçün DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə 012 590 64 43 və ya 012 590 64 31 telefon nömrələrinə hər gün saat 9:00-dan 19:00-dək zəng edərək, əvvəlcədən qeydiyyatdan keçməklə razılaşdırılmış vaxtda qəbul üçün xüsusi nömrə əldə edilməlidir.
Xüsusi nömrələrə əsasən vətəndaşların qəbulu növbəli qaydada xüsusi karantin rejimi tələbləri rəhbər tutulmaqla həyata keçiriləcəkdir.

Bu baxımdan vətəndaşlardan xahiş olunur ki, yaşayış yerini və olduğu yeri tərk emək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə müvafiq SMS məlumat göndərməklə icazə verilən müddət ərzində DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə gəlsinlər.
İnzibati binaya buraxılış sosial məsafə gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi tələb olunmaqla təmin ediləcəkdir.
Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol