Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Yeniliklər

BPQMİ-də Belarusiyadan gələn nümayəndə heyəti ilə görüş keçirilib

01.11.2018

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin nümayəndələri ilə Belarusiyadan gələn nümayəndə heyəti arasında görüşüb. BPQMİ-nin inzibati binasında baş tutan görüşdə Belarusiyanın Daxili İşlər Nazirliyinin Pasport və Vəsiqə sahəsi üzrə əməkdaşlarına BPQMİ-də yaradılan şəraitlə, xüsusilə də yeni nəsil biometrik vəsiqələrin verilməsi ilə bağlı informasiya verilib.

Tərəflər arasında şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportların verilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Həmçinin innovasiyalar  və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Qonaqlar BPQMİ-də yaradılan şəraitdən razılığını bildirib, görülən işləri bəyəniblər. Gələcəkdə bu cür innovasiyaların Belarusiyada da tətbiq olunacağını bildiriblər.

 

 

 

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol