Vətəndaşlar da göstərilən xidmətdən razi qalirlar
10.01.2019Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında ümumvətəndaş pasportlarının verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi istiqamətində işlər ötən il ərzində də uğurla icra olunub. Belə ki, bölgələrdə fəaliyyət göstərən daimi mərkəzlərlə yanaşı, hər bir regional şöbə tərəfindən ətraf rayonları da əhatə edən səyyar xidmətlər təşkil olunub.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinin Göyçay regional mərkəzi tərəfindən də 2018-ci il ərzində ümumilikdə 10517 sənəd qəbul edilib ki, onlardan 5879-u şöbədə verilib. Göyçayla yanaşı Zərdab, Kürdəmir və Ağdaşı da əhatə edən regional mərkəzin əməkdaşları tərəfindən mütəmadi olaraq səyyar xidmətlər təşkil edilib. Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan 261 səyyar xidmət zamanı isə ümumilikdə 4638 pasport vətəndaşlara təqdim olunub.
Bu istiqamətdə tədbirlər cari il ərzində də davam etdirilir.