Uşaqlar dolğulduğu gündən etibarən ümumvətəndaş pasportuna sahib ola bilərlər
30.03.2018Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün 1 illik, 1-3 yaşlı uşaqlar üçün 3 illik, 3-18 yaşlı vətəndaşlara 5 illik müddətə verilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 18 yaşına çatmayan şəxslərə ümumvətəndaş pasportu verilməsi üçün dövlət rüsumu aşağıdakı kimi müəyyən edilmişdir:
1 yaşınadək uşaqlara verilən pasportun etibarlılıq müddəti 1 ildir və dövlət rüsumları belədir:
10 iş gününə – 10 manat;
5 iş gününə – 20 manat;
1 iş gününə – 40 manat.
1-3 yaşlı uşaqlara verilən xarici pasportun etibarlılıq müddəti 3 ildir. Dövlət rüsumu aşağıdakı kimidir:
10 iş gününə – 20 manat;
5 iş gününə – 40 manat;
1 iş gününə – 80 manat.
3-18 yaşlı vətəndaşlara verilən pasportun etibarlılıq müddəti 5 ildir və dövlət rüsumları belədir:
10 iş gününə – 30 manat;
5 iş gününə – 60 manat;
1 iş gününə – 120 manat.