Azərbaycan respublikası daxİlİ İşlər nazİrlİyİ

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Dəyişdirilmə qaydaları

"Pasportlar" haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, ümumvətəndaş pasportu aşağıdakı hallarda dəyişdiriməlidir:

  • Vətəndaşın soyadı, adı, atasının adı dəyişdirildikdə;
  • Pasportdakı yazılarda qeyri-dəqiqlik müəyyən edildikdə;
  • Pasport yararsız hala düşdükdə;
  • Etibarlılıq müddəti bitdikdə.

Vətəndaş ümumvətəndaş pasportunu dəyişdirmək üçün müraciət edərkən aşağıdakı sənədlər tələb olunur:

-Şəxsiyyət vəsiqəsi;

-18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi bilet və ya hərbi
komissarlıq tərəfindən möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə (pripisnoy və ya ağ bilet);

Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən yeni ümumvətəndaş pasportu verilərkən vətəndaş köhnə pasportu təhvil verməlidir.

Ümumvətəndaş pasportunun üzərindəki məlumatlarda yanlışlıq, çipində nasazlıq olduqda vətəndaş pasportu aldığı idarəmizə müraciət edərək 1 iş günü müddətində ödəniş etmədən dəyişdirə bilər.

Regİonal İdarə və şöbələr ətraflı
Elektron növbəyə yazıl daxİl ol